Bakıda AİLƏ DRAMI: Oğul anasının boynunu sındıraraq öldürdü

04.11.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda dəhşətli cinayət törədilib.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.
 

Yardımlı rayon sakinləri, 2004-cü il təvəllüdlü Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.


Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.
Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və prokurorluğa təhvil verilib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью