Bakıda aktyoru fəhlə kimi işlətdilər VİDEO | Icma.az
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İllər əvvəl aktyor kimi işə götürüldüyü mədəniyyət müəssisəndə indi fəhlə kimi çalışır. Özü də nə az, nə çox, 272 manat məvaciblə.
Təkcə işlədiyi müəssisədə deyil, onun digər binalarına da fəhlə kimi göndərilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu iddiaları Bakı Dövlət Sirkində yardımçı fəhlə vəzifəsində çalışan Emin Süleymanov səsləndirib.
Emin Süleymanov iddia edir ki, müəssisə rəhbərliyi iki əvvəl onu vəzifəsindən azad edib.
Elə Eminlə işlədiyi müəssisə arasındakı problemlər də bundan sonra başlayıb.
Emin Süleymanovun iddiasına görə o, müqavilədə göstəriləndən artıq işlədilir.
İşləmək istəməyən əməkdaşları da müəssisə rəhbərliyi təhdid edir. Məsələ ilə bağlı Bakı Dövlət Sirkinə müraciət etdik.
Tam oxu
Xəbəri oxu