Bakıda “Alabay” itləri öz sahibini öldürdü

04.12.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda itlər öz sahibinə  hücum edərək öldürüb.

Milli.Az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Əliyev Yaqub Aydın oğlunun saxladığı "Alabay" cinsli itlər sahibinə hücum edib.

Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər kişini parçalayaraq öldürüb.

Hadisə yerinə gələn polis əməkdaşları çağırılıb.

Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə Yaqub Əliyev biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью