Bakıda “Alabay” itləri öz sahibini öldürdü

04.12.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda itlər öz sahibinə hücum edərək öldürüb.

Publika.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Əliyev Yaqub Aydın oğlunun saxladığı "Alabay" cinsli itlər sahibinə hücum edib.

Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər kişini öldürüb.

Hadisə yerinə gələn polis əməkdaşları çağırılıb.

Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə Yaqub Əliyev biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью