Bakıda alman səddi keçiləcəkmi? Aqil Abbasdan Qarabağ proqnozu | Icma.az
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayn
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.
Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq. Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında deyib ki, Qarabağ bu
İnanıram ki, Qarabağ bu gün qalib gələcək. Hesabı dəqiq demək çətindir, amma bir top fərqi ilə qalib gələcəyimizi düşünürəm.
Oyunu evdən izləyəcəyəm, çünki stadiona gedə bilmirəm — çox həyəcanlanıram. Açığı, evdə olanda da həyəcan keçirirəm.
Buna baxmayaraq, oyunu böyük həvəslə izləyirəm”.Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb.
Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.Leyla Turan Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu