Bakıda Almaniya viza mərkəzi açıldı

18.06.2025

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda Almaniya viza mərkəzinin açılışı olub.

AZXEBER.COM xəbər verir ki, açılış mərasimində Almaniyanın Azərbaycandakı diplomatik missiyası rəhbərinin müavini Heyko Şvarts iştirak edib.

O, çıxışı zamanı Almaniya və Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yeni mərkəzin açılmasının əhəmiyyətini vurğulayıb.

"Yeni viza mərkəzinin açılması ölkələrimiz arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi yolunda mühüm addımdır. Bu, səyahətlər, işgüzar əlaqələr, təhsil proqramları və mədəni mübadilə üçün əlavə imkanlar yaradır. Əminik ki, bu mərkəz Almaniya və Azərbaycan xalqlarının bir-birini daha yaxşı tanımasına kömək edəcək", - diplomat qeyd edib.//report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью