Bakıda anası tərəfindən işgəncələrə məruc qalan azyaşlı sığınacağa yerləşdirilib

05.03.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Anası tərəfindən işgəncə görən uşaq barəsində qiymətləndirmə aparılaraq fərdi inkişaf planı tərtib ediləcək.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, uşaqla bağlı məlumat agentliyin diqqətindədir:

"Uşaq təhlükəsizilyinin təmin edilməsi, eləcə də reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə əməkdaşlarımız tərəfindən Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq sığınacağına yerləşdirilib. Onunla bağlı qiymətləndirmə aparılaraq fərdi inkişaf planı tərtib ediləcək və bu, reabilitasiya işi ilə paralel olaraq davam etdiriləcək. Fərdi inkişaf planına uyğun olaraq uşağa ən uyğun qayğı forması seçilməsi ilə bağlı yekun qərar qəbul ediləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью