Bakıda aptek müdiri işçisini niyə döyüb? TƏFƏRRÜAT (VİDEO) | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bakıda aptek müdiri işçisini döyüb.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlum olub ki, hadisə 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda yerləşən apteklərdən birində baş verib.
Aptekin satıcısı N.Aşirova müdiri Elnur Cabbarovu pişiyə bənzədib. Bu səbəbdən onlar arasında mübahisə yaranıb.
Nəticədə E.Cabbarov xanım işçini döyüb. N.Aşirova polisə şikayət edib.
Daha sonra o, şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.
Bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.
İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün hadisənin görüntülərini yayıb.
Tam oxu
Xəbəri oxu