Bakıda aptek müdiri xanım işçisini döydü VİDEO

25.11.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Bakıda aptekdə müdirlə işçi qadın arasında insident yaşanıb.

Hadisənin detalları məlum olub. Deməli müdir qadın işçisi A.K.-ni döyüb.

A.K. hadisə ilə bağlı polisə şikayət edib. Polis araşdırmalara başlayarkən döyülən qadın şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.

Bundan bir müddət sonra aptek müdiri Elnur Cabbarov digər xanım əməkdaşını işdən çıxarıb.

İşdən çıxarılan qadın müdirindən qisas almaq üçün həmin o insidentin (müdirin digər qadını döyməsinin) görüntülərini yayıb.

E.Cabbarov bundan qəzəblənib, işdən çıxardığı qadına zəng edərək onu təhqir edib.

Söhbətə qadının həyat yoldaşı Zamin Quliyev qarışıb. O, E.Cabbarovu görüşə çağırıb.

Onlar görüşüblər və əlbəyaxa dalaşıblar. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin görüntüləri təqdim edirik:

https://www.gununsesi.info/wp-content/uploads/2024/11/WhatsApp-Video-2024-11-25-at-19.15.18.mp4

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью