Bakıda aptekdən külli miqdarda kosmetik əşya oğurlandı

18.02.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakıda aptekdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью