Bakıda aptekə basqın: 232 manat pulu aldılar

04.12.2024

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aptekə basqın edən şəxs saxlanılıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü Nurlan Adgözəlov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью