Bakıda aptekə BASQIN: qadına bıçaq çəkib pulları apardı

04.12.2024

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakıda aptekə basqın edilib.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən "Şəfa" aptekində qeydə alınıb. Naməlum şəxs bıçaqla aptekə girib və hədə-qorxu gələrək əczaçıdan 232 manat pul alıb. Daha sonra cinayətkar obyekti tərk edib.

Bu barədə zərərçəkən qadın əczaçı polisə müraciətində bildirib.

Müraciətlə bağlı polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində hadisəni törədən 38 yaşlı Adıgözəlov Nurlan İmran oğlu saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşaması məlum olub.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью