Bakıda aptekə basqın: saxlanılan var

04.12.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Aptekə basqın edən şəxs saxlanılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü Nurlan Adgözəlov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью