Bakıda “Aqua Tigers Circus” Yayın ən sehrli şousu! | Icma.az
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bu yay Bakının ən maraqlı və unudulmaz sirk hadisəsi baş verir!
Mayın 29-dan etibarən Circus Sea Breeze səhnəsində beynəlxalq miqyaslı yeni proqram – “Aqua Tigers Circus” tamaşaçılara təqdim olunacaq.
Adından da bəlli olduğu kimi, bu sirk proqramı su, işıq və musiqinin möhtəşəm sintezini təqdim edir.
“Aqua Tigers Circus”da duyğuların harmoniyası, texniki ustalıq və bənzərsiz səhnə effektləri izləyiciləri sehrli dünyaya aparacaq.
Şouda dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş ulduz artistlər çıxış edəcək.
Avropadan su elementli eksklüziv nömrə ilə ekvilibrist, Rusiyadan hava gimnastları, Monqolustandan bədən elastikliyində ustalaşmış konturisionistlər, Cənubi Amerikadan hündürlük ustaları və Latın Amerikası klounu tamaşaçılara əsl sirk ab-havası yaşadacaq.
Həmçinin yalnız qadınlardan ibarət hulahup qrupu da proqramın xüsusi nömrələrindən biri olacaq.
Tədbirin kulminasiyası isə unikal bir çıxışla – üç fərqli növdən olan pələnglərin – benqal, ağ və nadir rast gəlinən çəhrayı pələnglərin iştirakı ilə hazırlanmış nömrə olacaq.
Tam oxu
Xəbəri oxu