Bakıda araqdan zəhərlənən kişi ÖLDÜ

15.11.2024

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bakıda spirtli içkidən zəhərlənən kişi ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, M.Əsgərov araqdan zəhərlənmə diaqnozu ilə Binəqədi rayonundan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью