Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Bakıda Həsənbala Məmmədov (soyadı şərtidir) adlı şəxs arvadı Ceyran Məmmədovanı (s
BAKU.WS-in məlumatına görə, hadisə ötən il Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Araşdırmalara görə, təqsirləndirilən şəxs həyat yoldaşını xəyanətdə şübhələnərək öldürmək qərarına gəlib və əvvəlcədən əldə etdiyi xəncəri hasarın dibində gizlədib.
Zərərçəkmiş işdən qayıdarkən yolda onun qarşısını kəsən şəxs qadına bədənindən tutaraq 8 bıçaq zərbəsi endirib.
Zərbələr döş qəfəsinə nüfuz edərək hemopnevmotoraks, ağciyər və ürək zədələnməsinə səbəb olub. Qadın hadisə yerindəcə həyatını itirib.
Cinayətdən sonra təqsirləndirilən şəxs xəncəri qonşu həyətinə ataraq hadisə yerindən uzaqlaşıb, lakin polis tərəfindən saxlanılıb.
O, ilkin istintaqda cinayəti etiraf edib və arvadının xəyanətini əsas gətirib. Lakin məhkəmədə ittihamı inkar edib.
Məhkəmə şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlara əsasən onun təqsirini tam sübuta yetirib.