Bakıda arvadını bıçaqlayan şəxsin intiharı ilə bağlı cinayət işi başlanıb

27.01.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda şəxsin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью