Bakıda arvadını namaz qılarkən öldürməkdə şübhəli bilinən şəxs Gürcüstanda ƏLƏ KEÇDİ

11.02.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanılıb.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məhərrəm oğlu Məmmədov Gürcüstan Respublikasında saxlanılıb. 

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью