Bakıda arvadını öldürən şəxs Gürcüstana qaçıb

11.02.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda arvadını öldürən şəxs Gürcüstana qaçıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью