Bakıda arvadını öldürən Vasifə hökm oxundu

27.10.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasova hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə prosesdə dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vasif Abbasovun 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Vasif Abbasovun 9 il, 6 ay müddətinə azadlıqdan məhrum olunmasına qərar verib.

Xatırladaq ki, 2026-cı il, martın 20-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi baş verib. Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olan 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da,  həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Həmkarlarının sözlərinə görə, Pərvanə Abbasova illərdir həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalıb: övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib. 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью