Bakıda asfalt sərnişinlərin üstünə tökülür Video

20.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxışlarının birində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı aparılan işlər sərnişinləri təəccübləndirib.

Sərnişinlərdən birinin Axar.az-a təqdim etdiyi videodan görünür ki, metronun çıxışında hansısa məhdudiyyət tətbiq edilmədən asfaltın üstün yenilənməsi üçün qazılaraq götürülür.

Xüsusi texnika ilə bu işlər görülən zaman asfalt qırıntıları metro keçidinə də tökülür və sərnişinlərin narahatlığına səbəb olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью