Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü MƏHKƏMƏ | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Davud Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum edilib.
İttihama görə, hadisə bu il Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Davud Həsənov keçmiş arvadı N.N.
ilə boşanıb və qızı, zərərçəkmiş Səbinə Həsənova (şərti) ilə birlikdə yaşayır.
O, məhkəmə ifadəsində bildirib ki, qızına dəfələrlə anasının yaşadığı yerə getməməyi tapşırsa da, buna əməl etməyib.
Hadisə günü səhər saatlarında qızını avtomobili ilə işə aparan zaman onlar arasında yenə də bu mövzuda söhbət açılıb.
Söhbət zamanı Davud əsəbiləşib və Səbinənin üzərinə qışqırıb. Bu zaman qızı avtomobildən düşmək istəyib. Lakin o, icazə verməyib.
Tam oxu
Xəbəri oxu