Bakıda atasına cavab qaytaran qız döyüldü Məhkəmə

13.08.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Sabunçu rayonunda 47 yaşlı kişi qızına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Mərdan birgə yaşadıqları evdə qızı Təranə (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Bu zaman qız atasına kobud cavab qaytarıb. Bundan qəzəblənən ata qızının üzərinə hücum edib, əli ilə iki dəfə onun üz nahiyəsindən, bir dəfə isə təpiklə ayaq nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı qızını döyən ataya qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş qız atasına qarşı şikayətindən imtina edib, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью