Bakıda atasının silahı ilə özünü güllələyən tələbə imiş YENİLƏNİB

15.04.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda atasının silahı ilə özünü güllələyən oğlanın tələbə olduğu məlum olub. 

Lent.az xəbər verir ki, intihar edən Nihad Məmmədli Azərbaycan Texniki Universitetinin tələbəsi olub. 

***

Saat 09:40

Bakıda dəhşətli intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb. Evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq, götürülüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью