Bakıda Atatürkün heykəli ziyarət olunub

29.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

29 Oktyabr - Türkiyə Cümhuriyyətinin elan olunmasının ildönümü münasibətilə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda Mustafa Kamal Atatürkün heykəlini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, heykəlin önünə gül dəstələri düzülüb, Türkiyə Cümhuriyyətinin qurucusunun xatirəsi ehtiramla yad olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью