Bakıda AVRO 2026 heyəcanı başladı

21.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Bakı şəhərində start götürəcək qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun matçları öncəsi rəsmi açılış mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir maraqlı şou proqramla start götürüb.

Mərasimin davamında saat 19:00-da keçiriləcək ilk qarşılaşmanın iştirakçıları, Azərbaycan və Portuqaliya yığmalarının dövlət bayraqları arenaya gətirilib, ardınca hər iki ölkənin dövlət himnləri ifa olunub.

Paytaxtımızdakı qarşılaşmalara avqustun 28-dək Milli Gimnastika Arenası ev sahibliyi edəcək. Sentyabrın 6-da yekunlaşacaq AVRO-2026-nın təşkilatçı ölkələri Azərbaycan, Türkiyə, İsveç və Çexiyadır.

Faiq Qarayevin rəhbərlik etdiyi seçməmiz C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya kollektivləri ilə qüvvəsini sınayacaq. Reqlamentə əsasən, qrup mərhələsini ilk 4 sırada tamamlayan komandalar növbəti mərhələyə (pley-off) vəsiqə əldə edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью