Bakıda avtobus işıqforun qırmızı işığına məhəl qoymadı

03.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhərində sərnişin avtobusu yolayrıcını işıqforun qırmızı işığında keçib.

Oxu.Az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə 10-TG-312 dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut xətti üzrə çalışan avtobusun sürücüsü Məmmədli kəndi ərazisindən keçərkən işıqforun qırmızı işığına məhəl qoymayıb və hərəkətə davam edib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.

Sözügedən görüntünü təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью