Bakıda avtobus sürücülərindən maraqlı ifa (Video)

21.09.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Musiqi Günü münasibətilə Bakıda avtobus sürücülərinin maraqlı ifası diqqət çəkib.

Milli.Az xəbər verir ki, sürücülər məşhur "İntizar" ("Vəfadarım mənim") mahnısını birlikdə səsləndiriblər. Mahnını 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqov ifa edib.

İfa zamanı 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev tarda, 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov isə pianoda onu müşayiət edib.

Sürücülərin musiqi ifası sosial şəbəkələrdə maraqla qarşılanıb və görüntülər izləyicilər tərəfindən paylaşılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью