Bakıda avtobus sürücüsü maşının qabağını kəsib şüşəsini yumruqladı VİDEO

18.11.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Nərimanov rayonunda sürücülər arasında gərginlik yaşanıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 15-i saat 12:00 radələrində qeydə alınıb. Belə ki, Həsən Əliyev küçəsi ilə hərəkətdə olan sürücü Atatürk prospektindən gələn “BakuBus” MMC-yə məxsus “BMC” markalı avtobusa yol verməyib. Qəzəblənən avtobus sürücüsü dəfələrlə siqnal verib. Görüntüləri qeydə alan avtomobildəki sürücü isə “Görmədim də, dayan” sözləri ilə ona reaksiyasını bildirib.
Lakin avtobus sürücüsü bununla kifayətlənməyib.

Bir müddət sonra o, avtomobilin qəfil qarşısını kəsərək dayanmağa məcbur edib və sürücüyə yaxınlaşıb irad bildirib. Daha sonra avtomobilin şüşəsinin açılmadığını görən avtobus sürücüsü bir neçə dəfə maşının şüşəsinə yumruq vurub.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью