Bakıda avtobus tırla toqquşdu Ölən var+Foto KONKRET

04.01.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bakı şəhər Qaradağ rayonunda “BakuBus” avtobusu ağır qəza törədib.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrliyində baş verib.

“99 JZ 185 nömrəli “BakuBus” avtobusu yolun kənarında durmuş Tacikistanın 77 FF 02 nömrəli “Volvo Tır” markalı avtomobili ilə toqquşub. İlkin məlumata görə, “BakuBus”un sərnişinlərindən biri həyatını itirib”, – deyə E.Hacıyev bildirib.//Qafqazinfo




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью