Bakıda avtobus yol kənarında dayanan avtomobilə çırpıldı VİDEO

06.03.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 5-də Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.
Bizim.Media xəbər verir ki, Binəqədi rayonu ərazisində 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus “Mercedes” markalı yük maşını və “Ford” markalı minik avtomobili ilə toqquşub.
Daha sonra idarəetmədən çıxan avtobus yol kənarında dayanmış “Toyota Prius”a çırpılıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib, yolda güclü tıxac yaranıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. (“Qafqazinfo”)

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью