Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq. Ötən gecə Biləcəridə sərxoş sərnişinin avtobusda yaratdığı insidentin bəzi təfərrüatla
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Üç qardaş" MMC-dən məlumat verilib.
Bildirilib ki, sərxoş sərnişin avtobusa "Mərəzə pasyolkası" adlanan ərazidən minib. Sürücüyə pul verib. Sürücü isə pulu götürməyib.
Bu səbəbdən aralarında münaqişə başlayıb: "Sonra kənardan bir sərnişin həmin adamin yerinə kart vurub və pul almayıb.
Bundan sonra həmin sərnişin (içkili olan) sürücünü təhqir edib.
Digər sərnişinlərin müdaxiləsindən sonra içkili sərnişin sakitləşib", - deyə məlumatda qeyd olunub.
***09:25 Bakıda, Biləcəri qəsəbəsində avtobusda insident yaşanıb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə ötən gecə "Biləcəri dairəsi" adlanan ərazidə, 92 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.