Bakıda avtobusda sərnişinlərin səbr kasası daşdı: Sürücüyə lənət oxudular VİDEO

21.09.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bakıda avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb.

“Bakupost” xəbər verir ki, 135 nömrəli avtobusda çəkildiyi bildirilən görüntülərdə sərnişinlərin sıxlıq səbəbindən sürücüyə etiraz etdiyi görünür.

Kadrlarda nəqliyyat vasitəsinin sərnişinlərlə dolu olduğu, qapıların tam bağlanmadığı əks olunub.

Sərnişinlər avtobusda yer olmadığı halda yeni sərnişinlərin minməsi üçün qapıların açılmasına narazılıqlarını bildiriblər.

“Camaata bu qədər zülm edirsən, Allah da sənə zülm etsin”, - deyə əsəbi sərnişin qeyd edib.

Həmin görüntüləri təqdim edirik:


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью