Bakıda avtobusdan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR

02.03.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bakının küçə və prospektlərində yerləşən avtobus dayanacaqları təmir olunacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, yararsız vəziyyətə düşmüş dayanacaq elementləri söküləcək, ərazidən çıxarılacaq və yeniləri ilə əvəz olunacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirələcək layihənin ehtimal olunan dəyəri 682 754 manat təşkil edir.

Qeyd edək ki, təmir işləri zamanı köhnəlmiş və zədələnmiş dayanacaq dam örtükləri və şüşələri yenilənəcək, təhlükəsizlik və görünüş yaxşılaşdırılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью