Bakıda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

24.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar-oktyabr aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları ilə 440 milyondan çox sərnişin daşınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur.

Sərnişindaşımada artım dinamikası oktyabr ayında da davam edib. Belə ki, ay ərzində paytaxtda avtobus marşrutları ilə təxminən 54 milyon sərnişin daşınıb. Bu, Bakıda avtobuslarla aylıq sərnişindaşımada rekord göstəricidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью