Bakıda avtobusun içinə yağış yağır VİDEO

29.11.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda fəaliyyət göstərən avtobusun damından su axır. Axan su oturcaqları və içərini isladır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı görüntülər metronun "Gənclik" stansiyasından Maştağa qəsəbəsi istiqamətində hərəkət edən M8 marşrut avtobusunda lentə alınıb.

Görüntüləri sərnişinlərdən biri - Nicat Məmmədov lentə alıb. Onun sözlərinə görə,  yağışlı havadan qorunmaq üçün avtobusa  minən sərnişinlər yağışı bu dəfə içəridə hiss ediblər.

Məsələ ilə bağlı "Baku Bus" MMC-dən bildirilib ki, baş verən nasazlıqla bağlı dərhal avtobus təmirə aparılıb.

O da bildirilib ki, avtobusların sazlığı və isitmə sistemləri mütəmadi olaraq nəzarətdən keçirilir.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью