Bakıda avtomobil “Araz” marketə girdi VİDEO

22.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.

“Sumqayıt24”ün məlumatına görə, qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью