Bakıda avtomobil beton dirəyə çırpıldı: Sürücü həyatını itirdi

10.03.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib. 
 

1986-cı il təvəllüdlü Ramin Həsənov "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında beton dirəyə çırpılıb və daha sonra eyni istiqamətdə hərəkətdə olan 1997-ci il təvəllüdlü Elman Cəbrayılovun idarə etdiyi idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub. 


Hadisə nəticəsində xəsarət alan Həsənov Ramin xəstəxanaya çatdırılarkən yolda ölüb. 
Faktla bağlı cinayət işi başlanılıb. (APA) 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью