Bakıda avtomobil dərəyə düşdü FOTO

27.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Yasamal rayonu Yeni Yasamal yaşayış massivində park halında olan avtomobil sürücünün diqqətsizliyindən dərəyə yuvarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə teleaparıcı Orxan Sübhan sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, arxaya doğru hərəkət edən minik avtomobili oradakı metal hasarı aşıraraq tikinti sahəsi üçün nəzərdə tutulmuş dərəyə düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью