Bakıda avtomobil gənc qızı vurub

16.11.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə İ. İsmayılov küçəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Həmidə İnqilab qızı Ələkbərbəyli yolu keçərkən minik avtomobili tərəfindən vurulub.

Ağır xəsarət alan gənc qız Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı polis araşdırma aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью