Bakıda avtomobil hissələri bazarında yanğın baş verib

03.06.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Babək prospektində yerləşən avtomobil hissələri bazarında yanğın baş verib.
APA xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb və bir neçə obyektə ciddi maddi ziyan dəyib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub və yanğın nəzarət altına alınıb. Hazırda ərazidə soyutma işləri və zərərin miqyasının qiymətləndirilməsi aparılır.

Faktla bağlı araşdırma başlanılıb.

Fərid Yusifov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью