Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

10.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Xəzər rayonunda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Avtosfer.az “Report”a istinadla xəbər verir ki, minik avtomobilinin yol kənarında maneəyə çırpılması nəticəsində, nəqliyyat vasitəsində olan sərnişin 1981-ci il təvəllüdlü Mahmudova Sevinc Mirağa qızı xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью