Bakıda avtomobil maneəyə çırpılıb Xəsarət alan var

10.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Xəzər rayonunda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, minik avtomobilinin yol kənarında maneəyə çırpılması nəticəsində, nəqliyyat vasitəsində olan sərnişin 1981-ci il təvəllüdlü Sevinc Mirağa qızı Mahmudova xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью