Bakıda avtomobil mopedlə toqquşub: ölən var

19.05.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bakıda avtomobil mopedlə toqquşub.

Gununseis.info xəbər verir ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.

Sadəddi Ağakişiyev idarə etdiyi “Toyota Prius C” markalı avtomobil ilə hərəkətdə olarkən Samir Məmmədov idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.

Nəticədə mopeddə olan sərnişin Əşrəf Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью