Bakıda avtomobil partlayıb, sürücü xəsarət alıb Xəbər saytı Son xəbərlər və Hadisələr | Ic…
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bakının Nizami rayonu, Babək prospektində avtomobildə partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq, "CHEVROLET COBALT" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu