Bakıda avtomobil səkiyə çırpıldı, sürücü öldü

27.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Əmirəli Kərimovun idarə etdiyi "VAZ-2109" markalı, "42-CG-119" dövlət qeydiyyat nişanlı avtomobil səkiyə çırpılıb. Sürücü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью