Bakıda avtomobil təmiri sexində YANĞIN

09.11.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Bizim.Media FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 720 m² (hər birinin sahəsi 240 m²) olan 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunun yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan avtomobil ehtiyat hissələri yanıb.
Boksun içərisində olan 2 ədəd minik avtomobili və digər bokslar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью