Bakıda avtomobil təmiri sexində yanğın oldu

09.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Bakupost.az FHN-ə istinadən xəbər verir kİ, bir dam altında tikilən ümumi sahəsi 720 m² (hər birinin sahəsi 240 m²) olan 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunun yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan avtomobil ehtiyat hissələri yanıb. Boksun içərisində olan 2 ədəd minik avtomobili və digər bokslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью