Bakıda avtomobil velosiped yoluna çıxdı, 100 AZN CƏRİMƏLƏNDİ

13.02.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda sürücülərdən biri yol hərəkət qaydalarını pozduğu üçün cərimələnib.

Bu barədə BAKU.WS-ə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

Onun sözlərinə görə, yol hərəkət qaydalarını pozduğu üçün "10-NY-090" dövlət nişanlı avtomobilin sürücüsü 100 AZN cərimə edilib.

Qeyd edilən avtomobilin velosiped zolağına çıxması barədə görüntülər sosial şəbəkədə ictimailəşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью