Bakıda avtomobil yandı, sıxlıq yarandı VİDEO (YENİLƏNİB)

31.07.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Sabunçu rayonu, Aeroport şosesi, köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, Hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

***20:03

Bakıda avtomobil yanıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Ramana qəsəbəsində baş verib. 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью